"Bu, sadəcə əlavə məsuliyyətdir" - Bezotosnı

“Meydançada məşq edə bilməməyimiz bizim üçün əlavə problem olmayacaq. Bu barədə baş məşqçimiz də lazımi açıqlamaları verdi. Əsas məsələ sabah oyun vaxtı meydançanın yaxşı vəziyyətdə olmasıdı”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Sent-Etyen”lə qarşılaşacaq əyalət təmsilçisinin ukraynalı qapıçısı mətbuat konfransında oyun haqqında qısa açıqlama verib: “Baş məşqçi sabahkı oyunda kapitan olmağımı istəyir. Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir. Hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”(Apasport)