"Topaz" "Qarabağ"a güvənir, "Qəbələyə" isə...

“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. Olimpsport.az xəbər verir ki, “Topaz”  PAOK klubunu qəbul edəcək Ağdam təmsilçisini bu görüşdə şanslı sayır. Belə ki, Qurban Qurbanovun yetirmələrinin qalib gəlməsi 2,15 əmsalla qiymətləndirildiyi halda, qonaqların qələbəsinə 2,90 əmsal verilib. Qarşılaşmanın “sülh”lə bitəcəyini proqnozlaşdıranlar əmanətini 2,95 dəfə artıra biləcəklər.

 

“Sent-Etyen” – “Qəbələ” oyunda isə ev sahibi olan fransalılar favorit göstərilir. Rəqibin 3 xala yiyələnməsi 1,30, Roman Qriqorçukun yetirmələrinin qələbəsinə 7,75 əmsal verilib. Heç-heçə isə 4,00 əmsalla qiymətləndirilib.