Azərbaycanlı hakim-inspektor "Roma"nın matçına təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb. OLimpsport.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A.Xudiyev Avstriyanın paytaxtı Vyanada "Austriya" və İtaliya "Roma"sı arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.

Qeyd edək ki, E qrupunun qarşılaşması noyabrın 3-də keçiriləcək.