İntizam Komitəsindən ağır cəza

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Olimpsport.az xəbər verir ki, iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz  Premyer Liqasının IX turunun “Kəpəz” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Topaz  Premyer Liqasının IX turunun AZAL – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur (maddə 50).

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Catalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 39).

Əvəzedici heyətlərin IX turunun AZAL – “Zirə” matçının 64-cü dəqiqəsində “Zirə” klubunun 84 №-li futbolçusu Əmrah Əliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.3).

I Divizionun VII turunun “Mil-Muğan” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun VII turunun “Energetik” – “Şərurspor” matçında “Energetik” klubunun 4,  “Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 50-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

Oyunun 60-cı dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 38.3).