"Olimpsport.az" Sinan Büyükparmaksıza xatirə hədiyəsi təqdim etdi

Oktyabrın 28-dən 30-a qədər Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə gənclər arasında "Cumhuriyet Kupası" adlı beynəlxalq yarış keçiriləcək.

Olimpsport.az xəbər verir ki, turnirə bu gün yerli vaxtla saat 15:00-da təntənəli açılış mərasimi ilə start verilib. Açılışda İstanbul Gənclər və İdman idarəsinin idman şöbəsinin müdürü Sinan Büyükparmaksız, dünya çempionu Yaşar Yılmaz, hakimlər, iştirakçı ölkələrin nümayəndələri və idmançılar, eləcə də digər şəxslər iştirak ediblər. 

Açılış mərasimində "olimpsport.az"ın direktoru Rauf Rüstəmov  İstanbul Gənclər və İdman idarəsinin idman şöbəsinin müdürü Sinan Büyükparmaksıza üzərində Milli Olimpiya Komitəsinin loqosu olan hədiyə təqdim edib.