"Qəbələ" üçün ispaniyalı hakimlər

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin IV turunda "Sent Etyen"i qəbul edəcək. Olimpsport.az xəbər verir ki, 8-ci km qəsəbəsi stadionunda keçiriləcək qarşılaşmanı idarə edəcək hakimlərin də adına aydınlıq gəlib.

Belə ki, sözügedən oyun İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Carlos Del Kerrodur. Ona bu işdə Xuan Carlos Yuste Ximenes və Roberto Alonso Fernandes kömək edəcək. Əlavə köməkçi hakimlər isə Xuan Martinez Munuera və İnaki Visandi Qarridodu. Dördüncü hakim funksiyasını isə Abraham Alvarez Canton yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Sent Etyen" matçı noyabrın 3-ü, saat 22:00-da start götürəcək