MOİK-in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan MOİK klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Olimpsport.az xəbər verir ki, Müşfiq Qəmbərovun istefasından sonra "hərbçilər”i Ramil Əliyev çalışdıracaq. Buna qədər Əliyev klubda vitse-prezident vəzifəsini yerinə yetirirdi.

Qeyd edək ki, MOİK 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.