Elxan Məmmədov UEFA-nın tədbirində iştirak edib

UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib.

Olimpsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclas bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Toplantıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin sədrinin 2-ci müavini Elxan Məmmədov da iştirak edib.