“Azərbaycanın ən güclü cinah müdafiəçiləri məhz “Qarabağ”dadı” - Ansi Aqolli

 UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" sabah səfərdə PAOK-la qarşılaşacaq. Olimpsport.az xəbər verir ki, ağdamlıların alban futbolçusu Ansi Aqolli oyunöncəsi mətbuat konfransında fikirlərini qısa ifadə edib:

“Azərbaycanın ən güclü cinah müdafiəçiləri məhz “Qarabağ”dadı.Bu oyun üçün bizə heç bir xüsusi bir tapşırıq verilməyib. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq”.