"Qəbələ" qrupda ilk xalını qazanmaq arzusunda

Bu gün Avropa Liqasında qrup mərhələsinin IV tur oyunlarına start veriləcək.

Olimpsport.az xəbər verir ki, "C" qrupunda mübarizə aparan təmsilçimiz "Qəbələ" evdə yarışacaq.

Keçirdiyi üç oyunun hamısında məğlub olan "qırmızı-qaralar" bu dəfə Fransanın "Sent-Etyen" klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri qrupda ilk xalını qazanmağa çalışacaq. Qrupun digər oyununda isə Almaniyanın "Mainz" klubu Belçikada "Anderlext"lə qarşılaşacaq.

 

Avropa Liqası, qrup mərhələsi, IV tur

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Set-Etyen" (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes

Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)

Bakı. "Bakcell Arena"