"Qarabağ"ın Yunanıstan sınağı

Bu gün Avropa Liqasında qrup mərhələsinin IV tur oyunlarına start veriləcək.

Olimpsport.az xəbər verir ki,  J" qrupunda çıxış edən  təmsilçilərimiz "Qarabağ" səfərdə, PAOK-la həlledici görüşə çıxacaq. İtaliyanın "Fiorentina" klubu 7 xalla qrupda liderdi. "Qarabağ" və PAOK hərəyə 4 xalla 2 və 3-cü pillələri bölüşürlər. Qalib komanda ikinci pilləyə yüksələcək. Qrupun digər görüşündə "Fiorentina" Çexiyanın "Slovan"nı klubunu qəbul edəcək.

 

Avropa Liqası, qrup mərhələsi, IV tur 

J qrupu

00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer

Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson

Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)

Hakim-inspektor: Darko Çeferin (Sloveniya)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Saloniki. "Tumba" stadionu