“Bundan sonra ancaq imic üçün oynayacağıq” – Rəşad Eyyubov

UEFA Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə qarşılaşan “Qəbələ” 1:2 hesablı məğlubiyyətə üzülüb. Oyundan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Rəşad Eyyubov jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Rəqib səhvlərimizdən istifadə etdi və qollar vurdu. Başqa elə təhlükəli vəziyyətləri yox idi.

 

- “Sent-Etyen” məcbur edirdi ki, “Qəbələ” səhv etsin, bəs “Qəbələ” niyə əksini edə bilmədi?

- Elə deməzdim. Onların da səhvləri var idi. Bizim də yaxşı imkanlarımız oldu. Vurduğumuz qolda da qapıçıları səhv etmişdi.

 

- Necə düşünürsən, oyunun qırılma nöqtəsi Poqbaya qırmızı vərəqə verilməməsi ola bilərmi?

- Məncə də o vəziyyətdə təmiz qırmızı vərəqə olmalı idi.

 

- Qalan iki oyunda əsas motivasiyanız nə olacaq?

- Bundan sonra ancaq imic üçün oynayacağıq. Bacardığımız qədər xal toplamaq istəyirik.

 

- Artıq qrupdan çıxmaq şansınız qalmayıb. Bundan sonra təzyiq olmayacaq və daha rahat oynayacaqsız...

- Əlbəttə, daha rahat oynayacağıq. Ancaq çalışacağıq ki, qələbə qazanaq.