"Həmin oyuna eyforiya ilə yollanmaq olmaz" - Qara Qarayev

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin IV turunun Yunanıstan PAOK-u ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

-Öncə oyunla bağlı fikirlərin...

- Bilirdik çətin olacaq və komanda olaraq buna köklənmişdik. Bir xalla dönmək sürpriz idi. Amma şükürlər olsun ki, 3 xalla döndük. İkinci hissədə rəqib çox basqı etsə də qolu vurub qələbə qazana bildik. Düşünürəm ki, bu qələbə Azərbaycanın futbol tarixinə düşəcək qələbə oldu. Bilirdik ki, rəqib burda aqressiv oynayacaq. AEK-lə oyunda da bu cür oynamışdılar.

-"Slovan"la səfər oyununa 1 xal dalınca getmək lazımdır, yoxsa necə?

- "Slovan"a uduzmasaq bizim üçün böyük şans olacaq. Həmin oyuna eyforiya ilə yollanmaq olmaz. Bakıda uda bilmədiksə ora da ehtiyatlı yollanmalıyıq.

-Oyundan sonra paltardəyişmə otağında nə baş verdi. Almeyda özünü pis hiss edirdi deyəsən?

- Yox, heç nə baş verməyib. Sadəcə polislər dedi ki, yığışıb komanda şəklində otaqdan çıxaq. Almeydanın durumundan xəbərim yoxdur, çünki mən orda yox idim.

-Rəhbərlik oyundan sonra nə dedi?

- Rəhbərlik həmişə kimi bizim yanımızdadır. Bu gün də Fevzi bəy bizimlə idi.

-Demək olar ki, Aqollinin anasının gəlişi sizin üçün düşərli oldu?

- (gülür) Bu gün bir çox anaların duaları bizimlə idi və bu duaların da qələbəmizdə çox böyük payı oldu.