Cüdoçularımız Mayamiyə getdi

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.

Olimpsport.az xəbər verir ki, noyabrın 18-də start götürəcək yarışa noyabrın 21-də yekun vurulacaq. Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Mayamidə keçiriləcək çempionatda iştirak edəcək.