"Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm" - "Slovan"ın kapitanı

"Rəqibin zəif və güclü cəhətlərini araşdırmışıq. Sabahkı matça tam hazırıq. Nəticəni də birlikdə görəcəyik. “Qarabağ”a sürpriz hazırlasaq belə, onu burda açıqlamağım doğru olmaz”.

Olimpsport.az xəbər verir ki, bu sözləri “Slovan”ın kapitanı Lukaş Pokornı Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Son vaxtlar zədədən əziyyət çəkən Pokornı hazırkı durumu ilə bağlı da məlumat verib:

“Bu, Avroliqada ilk görüşüm olacaq. Hiss edirəm ki, bu, mənim üçün böyük şansdır. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm”.