Millimiz FİFA reytinqində geriləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Olimpsport.az xəbər verir ki, sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib.

 

Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb.

 

Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb.

 

Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq dünyanın 90-cısıdı. Nəticədə komandamızı iki yığma – Qətər və Ermənistan millimizi arxada qoyub.

 

Millimiz və “qonşular”ı

84 (74). Farer adaları - 422

84 (81). Norveç - 422

86 (76). Liviya – 417

87 (125). Ermənistan – 412

88 (91). Qətər - 409

89 (85). Keniya - 397

90 (88). Azərbaycan - 386

91 (93). Toqo – 374

91 (94). Zambiya – 374

93 (101). Finlandiya – 368

94 (96). Suriya – 363

95 (80). Boliviya - 359

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.

 

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (3). Braziliya – 1544

3 (2). Almaniya – 1433

4 (6). Çili – 1404

5 (4). Belçika – 1368

6 (5). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə San-Marino 1, Çexiya və Şimali İrlandiya 3 pillə geriləyib. Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (2). Almaniya – 1433

32 (36). Şimali İrlandiya - 767

43 (40). Çexiya - 671

84 (81). Norveç - 422

202 (201). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən “ay-ulduzlular” 851 xala malikdi.