Millimizin baş məşqçisi "Qəbələ"nin matçında

Futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün "Bakcell Arena"da olacaq.

Olimpsport.az  xəbər verir ki, Xorvatiyalı mütəxəssis Avropa Liqasının V turu çərçivəsində keçiriləcək "Qəbələ" -"Anderlext" görüşünü izləyəcək.

 

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.