"Qəbələ" yenə uduzdu

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Olimpsport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qəbələ” də növbəti oynununa çıxıb.

 

Belçikanın “Anderlext” klubunu qəbul edən Roman Qriqorçukun yetirmələri bu dəfə də məğlub olublar. Qrup mərhələsində keçirdiyi bütün ev oyunlarında qol vurmağı bacaran təmsilçimiz bu dəfə də ənənəsinə sadiq qalsa da, bu, qələbə üçün bəs etməyib.

 

Qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Bundan 4 dəqiqə sonra Rikardinyo penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə əldə bir neçə qol epizodunu, o cümlədən penaltini boşa verən meydan sahibləri 90 və əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə daha iki qol buraxaraq məğlubiyyətlə üzləşiblər.

 

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

C qrupu

 

“Qəbələ” (Azərbaycan)  “Anderlext” (Belçika) - 1:3

Qırmızı vərəqə: Rəşad Eyyubov, 89 (ikinci sarı)

Qollar: Rikardinyo, 15 (pen.) - Tilemans, 11, Bruno, 90, Teodorçuk, 90+4

İstifadə edilməyən penalti: Rikardinyo, 75 (yan)

 

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. 8-ci km qəsəbə stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 30. Petar Franyiç, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Anderlext”: 23. Frank Boeks, 5. Uroş Spayiç, 14. Bram Nuytink, 17. Dieqo Kapel, 18. Frank Aşemponq, 31. Yuri Tilemans, 32. Lender Dendonker, 37. İvan Obradoviç, 41. Emanuel Soa, 72. Nikolae Stansiu, 91. Lukaş Teodorçuk

Ehtiyat oyunçular: 1. Deyvi Ruf, 8. Stefen Badci, 9. Hamdi Harbaui, 10. Massimo Bruno, 22. İdrissa Dumbia, 40. Vut Faes, 94. Sofin Hanni

Baş məşqçi: Rene Veyler

 

1

“Anderlext” (Belçika)

5

3

2

0

14-4

11

2

“Sent-Etyen” (Fransa)

4

2

2

0

5-3

8

3

“Maynts” (Almaniya)

4

1

2

1

6-10

5

4

“Qəbələ” (Azərbaycan)

5

0

0

5

5-12

0