"Qarabağ" 11-ci dəfə

“Qarabağ” avrokuboklarda 11-ci dəfə böyük hesabla uduzub. Olimpsport.az Apasporta istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu dəfəki darmadağını Çexiyada yaşayıb.

 

Avropa Liqasının qrup mərhələsinin V turunun “Slovan”la Liberetsdəki matçında 0:3 hesabı ilə uduzan təmsilçimiz bunadək 10 dəfə belə yenilgi almışdı. 11-ci ağır məğlubiyyətini alan “Qarabağ” sonuncu dəfə cəmi 56 gün öncə böyük hesabla uduzmuşdu.

 

Sentyabrın 29-da keçirilən II turda “Fiorentina” “Qarabağ”ı İtaliyaya getməyinə peşman etmişdi – 5:1.

 

İki dəfə 6, bir dəfə 5, üç dəfə 4 topla uduzan komanda 5-ci dəfə meydanı 3 top fərqilə məğlub tərk etdi.

 

 

1997/98 UK 23.07.1997 Yablonets (Çexiya) - Qarabağ 5:0

 

1997/98 UK 30.07.1997 Qarabağ - Yablonets (Çexiya) 0:3

 

1998/99 KK 13.08.1998 Kopenhagen (Danimarka) - Qarabağ 6:0

 

1998/99 KK 27.08.1998 Qarabağ - Kopenhagen (Danimarka) 0:4

 

1999/00 İK 04.07.1999 Qarabağ - Monpelye (Fransa) 0:3

 

1999/00 İK 11.07.1999 Monpelye (Fransa) - Qarabağ 6:0

 

2004/05 UK 15.07.2004 Dukla (Banska Bıstritsa, Slovakiya) - Qarabağ 3:0

 

2010/11 AL 19.08.2010 Borussiya (Almaniya) - Qarabağ 4:0

 

2011/12 AL 28.07.2011 Brügge (Belçika) - Qarabağ 4:1

 

2016/17 AL 29.09.2016 Fiorentina (İtaliya) - Qarabağ 5:1

 

2016/17 AL 24.11.2016 Slovan (Çexiya) – Qarabağ 3:0

 

Qeyd: UK – UEFA Kuboku, KK – Kuboklar Kuboku, İK – İntertoto Kuboku, AL – Avropa Liqası