Əliyar Ağayevnövbəti matçını idarə edib

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti matçını idarə edib. Olimpsport.az xəbər verir ki, təmsilçimiz İ qrupunda mübarizə aparan “Şalke” ilə “Nitsa”nın görüşündə əsas söz sahibi olub.

 

Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Gərgin mübarizə şəraitində keçən oyunda Ağayev futbolçulara 7 vərəqə göstərib ki, bunlardan 6-sı sarı, biri isə qırmızı olub.

 

O, həmçinin qonaqları penalti ilə cəzalandırıb ki, 80-ci dəqiqədə Aoqo zərbəni dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, bu matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Qapı arxası hakimlər fuksiyasını isə Orxan Məmmədovla Rəhim Həsənov yerinə yetiriblər. Ehtiyat hakim kimi Mübariz Haşımov iş başında olub.