Riçard Almeyda 3-cü pillədə

Avropa Liqasının qrup mərhələsinin V turu sona çatıb.

Olimpsport.az xəbər verir ki, Avropa Liqasının statistik göstəriciləri açıqlanıb.

“Qarabağ”ın futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçuların siyahısında qərarlaşıb. Braziliyalı futbolçu 334 ötürmənin 299-da dəqiq oynayıb (90%). O, 1 pillə irəliləyərək siyahının 3-cü pilləsində qərarlaşıb.

İlk pillədə “Roma”nın futbolçusu Leanardo Paredesdir. 22 yaşlı argentinalı yarımmüdafiəçi 490 ötürmənin 457-də dəqiq oynayıb (93%). 2-ci pillədə isə “Zenit”dən Luiş Netodur. Portuqaliyalı müdafiəçi 368 ötürmənin 346-da səhvsiz olub (94%).

“Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba siyahının 6-cı pilləsində qərarlaşıb. Fransalı futbolçu 321 ötürmənin 290-da səhvsiz oynayıb (90%). “Zenit”in digər futbolçusu Aksel Vitsel isə 7-ci yerdədir. Belçikalı yarımmüdafiəçi 312 ötürmə verib və 303-də dəqiq oynayıb (97%).

Cədvəldə “Qarabağ”ın digər futbolçularından Ansi Aqolli və Qara Qarayev də var:

Ansi Aqolli – 245 ötürmə, 217-si dəqiq, 89 faiz
Qara Qarayev – 230 ötürmə, 212-i dəqiq, 92 faiz.