"Araz" turnirdən qələbə ilə ayrıldı

Xorvatiyada UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçrilib. Olimpsport.az xəbər verir ki, Azərbaycan çempionu "Araz" da son görüşünə çıxıb.
 
Təmsilçimiz Almaniyanın "Hamburq" klubu ilə qarşılaşıb. Zaqrebdəki İdman Evində keçrilən matçda "Araz" 5:1 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Qazprom Yuqra"sına 0:4 hesabıylaməğlub olmuşdu.
 
 
 
UEFA Kuboku
Elit mərhələ
B qrupu, II tur
 
26 noyabr
21.00 Hamburq (Almaniya) - Araz (Azərbaycan) 1:5
 
Qollar: Ulusoy, 27 - Rizvan Fərzəliyev, 4. Fineo, 6. Everton Kardoso, 9. Bolinya, 15. Poletto, 31.
Hakimlər: Paskal Lemal (Belçika), Franko Kakiya (Malta), Qabriel German (Rumıniya).
Zaqreb. İdman Evi.
 

1

Nasional

2

2

0

0

13-2

6

2

Yuqra

2

2

0

0

8-0

6

3

Araz

3

1

0

2

6-7

3

4

Hamburq

3

0

0

3

2-20

0