Gəncə futbolunun yetirməsi dünyasını dəyişib

Müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş Şəhriyar Xəlilov dünyasını dəyişib. Olimpsport.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev şəxsi “facebook” səhifəsinə məlumat verib. 

 

Gəncə futbolunun yetirməsi olan Xəlilovun ürək tutmasından vəfat etdiyi bildirilir. 25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Gəncə”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumayıt” və “Turan” klublarında çıxış edib.