"Kəpəz" və "Neftçi" futbolçularından tribunalara qırmızı vərəqə

"Kəpəz" - "Neftçi" matçından öncə layihə keçirilib.
 
Olimpsport.az xəbər verir ki, BMT-nin müxtəlif agentlikləri, eləcə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, bu il "gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası həyata keçirilir. Kampaniya 25 noyabr - 10 dekabr tarixlərinə ərzində davam edəcək.
 
Kampaniyaya dəstək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə "Kəpəz" - "Neftçi" oyunu zamanı izləyicilərin və tamaşaçıların, qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda maarriflənmələri üçün oyundan öncə futbolçular tribunalara qırmızı vərəqə göstəriblər. Qırmızı vərəqə rəmzi olaraq zorakılıq törədən kişilərə qarşı "oyundan xaric olmalarını" göstərir. Yəni zorakılıq törədirsənsə kişilərin sevdiyi futbola baxmayacaqsan, çünki artıq zorakılığa görə qırmızı vərəqən var. 
 
"Gender Əsaslı Zorakılığa Qarşı16 günük Fəallıq Kampaniyasıhər il noyabrın 25-də (Qadınlara Qarşı Zorakılıqla mübarizə üzrə Beynəlxalq Gün) başlayır və 10 dekabra (Beynəlxalq İnsan Hüquqları Günü) qədər davam edir. Kampaniya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması olduğunu vurğulayır. Daha çox "16 günlük kampaniya" kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən, bütün dünyada strategiya kimi istifadə olunur. İlk dəfə 1991-ci ildə Qadınların Qlobal Liderliyi İnsititutu kampaniyanın keçirilməsinə başlayıb və kampaniya Qadınların Qlobal Liderliyi mərkəzi tərəfindən koordinasiya edilir.
 
Sport7.az