"Neftçi" Gəncədən əliboş qayıdır

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Olimpsport.az xəbər verir ki, turun ilk görüşü Gəncədə baş tutub.

"Kəpəz" doğma azarkeşləri qarşısında "Neftçi"ni qəbul edib. Qarşılaşma 2:0 hesabı ilə "Kəpəz"in xeyrinə başa çatıb.

"Kəpəz" - "Neftçi" 2:0
Qollar: Orxan Əliyev, 27, Julien Ebah, 49
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu, 14:00