AZAL qələbəni əldən verdi

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

 

Olimpsport.az xəbər verir ki,  günün ikinci oyunu isə Şüvəlanda, AZAL və "Sumqayıt” komandaları arasında baş tutub. Son turda "Neftçi”ni məğlub edən "Sumqayıt” bu dəfə sonuncu pillənin sahibi "təyyarəçilər"lə oyunda məğlubiyətdən son anda qurtula bilib.
 

 

AZAL – "Sumqayıt”  1:1

Qollar: Nuqzar Kvirtiya, 38 - Amil Yunanov, 86 (pen.)

Qırmızı vərəqə: Adan Koronado, 85 (AZAL)
 

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Vüsal Əliyev  
"AZAL Arena”, 16:00