Sadio Tounkara 2-3 günə Bakıya gələcək

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən AZAL - "Sumqayıt" (1:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

 -Məğlubiyyətdənsə, 1 xal yaxşıdı. İlk hissədə yaxşı oynasaq da, mənə də maraqlıdı ki, niyə fasilədən sonra müdafiəyə çəkildik. İlqarın yoxluğu bizə problemlər yaradır, mərkəzdə istədiyimiz oyunu göstərə bilmədik. Qışda bəzi futbolçular gedəcək, yeni oyunçular olacaq. Qalib gəldiyimiz oyunlarda da həmişə hücumu düşünürəm. Görünür, səviyyəmiz budu.

 

 -Qoldan sonra azarkeşlərdən biri ilə aranızda münaqişə yaşandı...

- Həmin azarkeş Rəşad Abdullayevin ünvanına qeyri-etik sözlər işlədirdi. Adi fanatdı, o da komandasının qalib gəlməsini istəyir.

- Transfer etməyə hazırlaşdığınız Sadio Tounkara nə vaxt gələcək?

- 2-3 günə Bakıya gələcək.