"Böyükağa Hacıyev ermənilərə oyun satırdı" - Samir Hüseynov

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 13-cü turu çərçivəsində "Kəpəz"  Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Olimpsport.az xəbər verir ki,  matçdan sonra futbol idman növü üzrə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsi almış Şahmir Hüseynov "Qafqazinfo"ya verdiyi açıqlamasında maraqlı məqlamlara toxunub. Ş.Hüseynov 1970-ci ildə “Dinamo Kirovabad”da (indiki“Kəpəz” – red.) futbolçu karyerasına başlayıb və bir çox komandaların heyətində çıxış edib. Daha sonra “Volqa Ulyanovsk”da çıxış etmiş Şahmir Hüseynov əsgərliyini bitirdikdən sonra “Tərəqqi” və yenidən “Dinamo Kirovabad”da çıxış edib. Son olaraq 1986-cı ildə “Kəpəz”də çıxış edən futbolçu həmin ildəcə karyerasını bitirib.

Onun sözlərinə görə, SSRİ-nin vaxtında “Araz Naxçıvan”da oynayan Böyükağa Hacıyev ermənilərə bir çox görüşlərdə oyun satıb.

“B.Hacıyev SSRİ-nin vaxtında hər zaman sonuncu müdafiəçi, həm də kapitan idi. İş orasındadı ki, o oyunları ermənilərə satırdı. Həmin Böyükağa Hacıyevdir ki, indi onu qaldırıb qoyublar dağın başına. Mən Böyükağa Hacıyevdən öncə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsini almışam. “Neftçi”də 6 ay futbol oynamışam. Həmin müddət ərzində də hər ay 75 manat pul alırdım. Amma Sadıq Sadıqov həmişə pulumu kəsirdi, az verirdi”.

Keçmiş futbolçu “Kəpəz”də məşqçi kimi çalışdığını, lakin ona qarşı haqsızlıq olduğunu vurğulayıb:

“1988/90-cı illərdə “Kəpəz”də ikinci məşqçi kimi fəaliyyət göstərmişəm. 1992/93-cü illərdə isə baş məşqçi kimi çalışırdım. Həmin zaman Mehman Allahverdiyev və Fizuli Allahverdiyev mənim üzümə duraraq işimdən çıxardılar”.