"Zirə" son dəqiqə qolu ilə məğlubiyətdən qurtuldu

Bu gün Topaz Premyer Liqasında XIII turun daha bir görüşü keçirilib. Olimpsport.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

 

Bakı derbisində “Zirə” “İnter”i qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Matçın 48-ci dəqiqəsində Ruslan Abışov meydan sahiblərini meydanın mərkəzinə dəvət edib. 66-cı dəqiqədə Adrian Skarlatake ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan "bankirlər" qələbə hesabını qoruya bilməyib. Qarşılaşmaya əlavə olunan 3-cü dəqiqədə Yovan Krnetakomandasına 1 xal qazandırıb.

 

Topaz Premyer Liqası

XIII tur

28 noyabr (bazar ertəsi)


“Zirə” – “İnter” - 1:1

Qollar: Yovan Krneta, 90+3 - Ruslan Abışov, 48

Qırmızı vərəqə: Adran Skarlatake, 66

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov         

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov, 8. Milan Duriç, 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 20. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 77. Yamin Ağakərimzadə, 7. Gerhard Proqni

Baş məşqçi: Adil Şükürov

“İnter”: 1. Səlahət Ağayev (k), 3. Denis Silva, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 20. Aqşin Quluzadə, 11. Rauf Əliyev, 88. Məmməd Quliyev

Baş məşqçi: Zaur Svanadze