Qurbanovun köməkçisi cəzalandırıldı

Topaz Premyer Liqasının XIII turunun mərkəzi oyununda “Qəbələ”ni qəbul edən “Qarabağ” cəzalandırılıb. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, ilk hissənin gedişində ağdamlıların baş məşqçisinin köməkçisi texniki zonadan uzaqlaşdırılıb.

 

Belə ki, hakimin qərarına sərt şəkildə etiraz edən Elçin Rəhmanovun Rəhim Həsənovun göstərişi ilə tirbunaya göndərilib.

 

Qeyd edək ki, hazırda davam edən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.