"QArabağ"-"Qəbələ" 2:1

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulacaq. Olimpsport.az xəbər verir ki, son oyun günündə ilk iki pilləni bölüşən “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəlib. Çempionluğa əsas namizəd olan kollektivlərin dueli meydan sahiblərinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

 

Hər iki komanda eyni – 28 xala malik olsa da, zirvədə “Qəbələ” qərarlaşıb. Bu isə “qırmızı-qaraılar”ın həm şəxsi oyunda “Qarabağ”ı məğlub etməsi, həm də top fərqinə görə rəqibini üstələməsi ilə bağlıdır.

 

İlk dövrədə, oktyabrın 2-də Qəbələdə baş tutan dueldə Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 2 cavabsız qolla qalib gəlib. Hərçənd həmin qarşılaşmada hesab daha da böyük ola bilərdi. Lakin artıq 14-cü dəqiqədə 2 dəqiq zərbə ilə önə keçsən meydan sahibləri matçın davamında ələ düşən şansları dəyərləndirə bilmədilər. Beləliklə, Baqali Dabo ilə Filip Ozobiçin qolları oyunun yekun nəticəsini müəyyənləşdirdi.

 

Cari çempionata məğlubiyyət üzü görməyən yeganə komanda olan “Qəbələ” 4 görüşdə xal itirib, bunlardan da 3-ü səfər qarşılaşmasıdır. “Qarabağ” isə 3 matçda büdrəyib. Evdə keçirdikləri bütün oyunlardan qalib ayrılan ağdamlılar qonaq meydanında xal itkisi ilə üzləşib. Qurban Qurbanovun komandası “Qəbələ” və “İnter”ə uduzmaqla yanaşı, “Kəpəz”lə də bərabərə qalıb.

 

Hər iki komanda ötən həftə Avropa Liqasına məğlubiyyətlə üzləşib.  “Qarabağ” Çexiyada “Slovan”a, “Qəbələ” isə Bakıda “Slovan”a uduzub. Bu yenilgilərdən sonra ağdamlılar daha çox qınaqla üzləşiblər ki, bu da azarkeşlərin onlardan daha uğurlu nəticə gözləməsi ilə bağlıdır. Bu mənada, vacib duel ərəfəsində “köhlən atlar” üzərində daha çox təzyiq var. Digər tərəfdən, ağdamlılar meydan sahibi olduqları üçün mərkəzi oyundan 3 xalla ayrılmağa məcburdurlar. “Qəbələ”yə isə indiki halda heç-heçə də yetərlidir.

 

 

Topaz Premyer Liqası

XIII tur

29 noyabr

 

 

19:00 Qarabağ - Qəbələ 0:0

Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 99. Dani Kintana.

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 94. Urfan Abbasov.

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Məlik Həsənov.

Bakı. “Azersun Arena”.