"Qarabağ"ın uğurlu seriyası yarıda qaldı

Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Qarabağ” “Qəbələ”ni qəbul edib. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, görüşün 64-cü dəqiqəsində qonaqların xorvatiyalı futbolçusu Filip Ozobiçin vurduğu qol Ağdam klubunun evdə quru oyunlar seriyasına son qoyub.

 

Belə ki, sonuncu dəfə bu ilin mart ayının 30-da “Rəvan”la oyunda qapısında qol görən ağdamlılar (5:1) o vaxtdan bura düz 10 ev oyununda məyus olmamışdı. 244 günlük bu nəticə klubun tarixində ən uğurlu seriyadır.

 

Qeyd edək ki, prinsipial görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.