Julian Ebah: "Neftçi"dən revanş aldıq"

“Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını almaq istəyirdik. Bunu da bacardıq".

Olimpsport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Julian Ebah klubun saytına açıqlamasıda deyib.

Kamerunlu hücumçu "Neftçi" ilə oyunun çətin olduğunu bildirib:"Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.