İntizam Komitəsi klubları cəzalandırdı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Olimpsport.az xəbər verir ki,iclasda aşağıdakı qərarlar qəbul olunub.
Topaz  Premyer Liqasının XIII turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 85-ci dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasının XIII turunun “Zirə” – “İnter” matçında “İnter” klubunun 4,  “Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 66-cı dəqiqəsində “İnter” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasının XIII turunun “Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunur(maddə 60).