Kamran Ağayev zədələnib

Portuqaliyanın "Boavişta" klubunda çıxış edən Kamran Ağayev zədələnib. Olimpsport.az xəbər verir ki, millimizin qapıçısı bir müddət yaşıl meydanlardan kənarda qala bilər.

 

Hələlik onun durumuna tam olaraq aydınlıq gəlməyib. Zədənin nə qədər ciddi olub-olmaması rentgen müayinəsindən sonra bilinəcək.