Azərbaycan Kubokunda 1/4 finalın ilk iştirakçısı müəyyənləşib

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start verilib. Olimpsport.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq. Qarşılaşmaların hamısı paytaxtda keçiriləcək.
 
 
Günün ilk oyununda “Sumqayıt” səfərdə MOİK-lə qarşılaşıb. Əliyar Ağayevin idarə etdiyi matç qonaqların qələbəsi ilə başa çatıb.
 
 
 
Azərbaycan kuboku
1/8 final
2 dekabr
 
14.00 MOİK - Sumqayıt 0:2
Qol:  Məhəmməd Qurbanov, 76. Amil Yunanov, 82
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bayıl Arena”.
 
MOİK: 12. Ağaseyid Qasımov, 13. Bayram Kərimov, 4. Bilal Abbaszadə, 22. Sənan Bayramzadə, 19. Hüseyn Axundov, 25. Qərib İbrahimov, 7. Mirkamil Əliyev, 14. Orxan Həsənov (k), 77. Elvin Həsənəliyev, 21. Ramil Orucov, 11. Cavid Muxtarzadə
Ehtiyat oyunçular: 94. Rafiq Kərimov, 97. Anar Həsənov, 3. Fərid Abbaslı, 10. Məhəmməd Bədəlbəyli, 8. Rafael Qəvami, 88. Müşfiq Teymurov, 9. Cavidan Şükürov
Baş məşqçi: Ramil Əliyev
 
 
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1.Fərhad Vəliyev, 11. Ebrahim Abednezhad, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 39. Tural Bayramlı, 42. Kamran Abdullazadə
Məşqçi: Seymur Rəhimov