"Biz yüksək liqaya yüksəlsək..." "Qaradağ Lökbatan"ın baş məşqçisi

Uşaqlara demişdim ki, özünüzü sınayın. Biz yüksək liqaya yüksəlsək, görək, nəyə qadirik”. Olimpsport.az saytının məlumatına görə, bu sözlər “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Bağırova məxsusdu.

 

I Divizion təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “İnter”in qonağı olub və darmadağına məruz qalıb – 1:5. Bununla da aşağı dəstə təmsilçisi mübarizəni dayandırıb.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında Bağırov fikrini bu sözlərlə davam etdirib: “Həm oyun canlı yayımlanırdı, həm də Premyer Liqa klublarının məşqçiləri matça baxırdılar. Birinci hissəni yaxşı keçirdik, şanslar da oldu. Amma fasilədən sonra gücümüz bitdi. Bu da Premyer Liqa ilə I divizion arasındakı fərqi ortaya qoydu. Taktiki cəhətdən uduzduq. Bu da məğlubiyyətə səbəb oldu. Yüksək liqaya hələ gücümüz çatmır. Amma rəhbərliyin qarşımıza qoyduğu məqsəd də çempionatda ilk pillələrdə yer almaqdı. “İnter”lə matçda kimə etimad etmək lazım olduğunu anlamaq baxımından bir sınaq idi”.(Apasport)