"Zirə" adını 1/4 finala yazdırdı

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Olimpsport.az xəbər verir ki,  dünən baş tutan matçlardan sonra “Sumqayıt”, “İnter”, “Neftçi” və AZAL 1/4 finala vəsiqəni təmin edib. Bu gün isə daha 4 qalibin adı müəyyənləşəcək.
 
Ötən gün olduğu kimi Premyer Liqa klubları ilə I divizion təmsilçiləri qarşılaşacaq. Günün ilk oyununda "Turan" "Zirə"ni qəbul edib. Görüş paytaxt təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.
 
 
 
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
 
Turan Tovuz - Zirə 0:1
Qol: Aleksandr Şemonayev, 80.
 
Turan Tovuz: 12. Natiq Səhrətov (k), 14. Nodar Məmmədov, 18. Orxan Lalayev, 3. Əlimirzə Daşzərini, 2. Sənan Qocayev, 5. Azər Məmmədov, 4. Səbayıl Bağırov, 17. Rəhman Musayev, 30. Vüqar Asəliyev, 7. Elmin Çobanov, 8. Aqşin Muxtaroğlu.
Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 9. İlkin Sadıqov, 6. Emin Mirzəliyev, 11. İlkin Rzayev, 22. Tuqay Alhüseynli, 20. Elnur Soltanlı, 15. Seymur Tağıyev.
Baş məşqçi: Əsgər Abdullayev.
 
 
Zirə: 85. Kamal Bayramov, 18. Tural Cəlilov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 7. Gerhard Proqni.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 96. Elgün Nəbiyev, 55. Cəmil Hacıyev, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
 
 
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Tovuz şəhər stadionu.