"AZAL 1-ci divizon komandalarından heç də fərqli deyil" - ""Səbail"in baş məşqçisi

"Səbail"in baş məşqçisi Elman Sultanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı oyundan sonra fikirlərini bölüşüb. Olimpsport.az futbolinfo.az-a istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:

 

- Rəqibi təbrik edirəm. Biz yeni komandayıq. Bizim üçün yenilik yoldu. "Qarabağ" Azərbaycan futbolunun lideridi. Fikrimcə, rəqib ölkənin ən güclüsüdü. Həyat davam edir.

 

- Bu matçın həm də divizionla Premyer Liqa arasında olan fərqi göstərdiyini düşünmək olar?

- Bəli, çox fərq var. Amma hamı ilə də yox. Məsələn, AZAL 1-ci divizon komandalarından heç də fərqli deyil. Əvəzində diviziondan "Zaqatala", "Turan Tovuz" kimi çox güclülər də var.

 

- Belə hesab gözləyirdiniz?

- Xeyr. Amma oldu.