Terror qurbanları 1 dəqiqəlik sükutla yad olunacaq

Türkiyə Futbol Federasiyası Super Liqada ötən gecə "Beşiktaş" - "Bursaspor" oyundan sonra baş verən terror aktı ilə bağlı rəsmi açıqlama yayıb.
 
Olimpsport.az xəbər verir ki, "Vodafone Arena"nın qarşısında törədilən hadisə nəticəsində həlak olan 38 nəfərin xatirəsi yad olunacaq: "Həmin teraktda şəhid olan polis və vətəndaşlarımızın xatirəsinə 1 günlük milli hüzn elan olunub. Peşəkar və həvəskar liqalarda dekabrın 11-də və 12-də oynanılacaq bütün matçlardan öncə ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq, stadionlardakı bayraqlar yarıyadək endiriləcək və oyunların gedişində musiqi verilməyəcək".