Rəşad Sadıqov imtihan verdi

“Qarabağ” və millinin kapitanı Rəşad Sadıqov bu gün UEFA-nın Bakıda keçirdiyi A kateqoriyası üzrə məşqçi kurslarına qatılaraq imtahan verib.

 

Olimpsport.az xəbər verir ki, imtahanın nəticələri yaxın 2-3 həftə ərzində bilinəcək.

 

Xatırladaq ki, hazırda R.Sadıqov futbolçu karyerasını davam etdirməklə yanaşı həm də “Qarabağ” U-19 komandasının baş məşqçisi vəzifəsində çalışır.