Azərbaycan kubokunda 6-cı bombardir

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Olimpsport.az saytının məlumatına görə, AZAL-ın futbolçusu Mirzağa Hüseynpur ən məhsuldar oyunçular siyahısına qoşulub.

 

“Qəbələ” ilə bu gün keçirilən səfər oyununda fərqlənən milliləşən legioner mövsümdə 2-ci dəfə rəqib qapısına yol tapıb. Bununla da Hüseynpur kubokda 2 qol vuran 6-cı futbolçu olub.

 

Onadək bombardirlər yarışına Rəhman Musayev (Turan-Tovuz), David Canelidze (AZAL), Dino Ndlovu (Qarabağ), Rauf Əliyev və Ruslan Abışov (hər ikisi “İnter”) başçılıq edirdi. Mirzağa onlara qoşulan 6-cı şərik olub.(Apasport)