"Rahatlaşmamalıyıq" - Svanadze

“Yaxşı oynadıq, müdafiədə az səhv buraxdıq. Kombinasiyalar qurduq və 2 qol vurduq. Uşaqlara təşəkkür edirəm”. Olimpsport.az saytnın məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”i qəbul edən “bankirlər” 2:0 hesablı qələbə qazanaraq, cavab görüşü öncəsi böyük üstünlük əldə ediblər.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Svanadze fikrini bu sözlərlə davam etdirib: “Qarşıda 2 oyunumuz var. Çalşacağıq ki, ili yaxşı başa vuraq”.

 

- Şahin Diniyev qeyd etdi ki, şanslar 60-ın 40-a “İnter”in xeyrinədi. Siz necə düşünürsüz?

- 2:0 yaxşı üstünlükdü. Ancaq cavab oyunu Gəncə şəhər stadionunda olacaq. Həmin stadionun ot örtüyünü bilirsiz. Rahatlaşmamalıyıq. Yaxşı mübarizə aparmalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.

 

- İkinci hissədə komanda daha yaxşı təsir bağışladı. Fasilədə futbolçulara nə dediz?

- Uşaqlara dedim ki, yaxşı oynayırsız, bir az da “artırmaq” lazımdı. Onlar da ikinci hissədə həmin oyunlarını davam etdirdilər.

 

- “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaqsız. Bu itkilərin fonunda yaxşı oyun göstərmək üçün nə etməyi fikirləşirsiz?

- Ciddi itkilərimiz var. Bizim heyətimizdə digər yaxşı oyunçular da var. Çalışacağıq layiqli oyun nümayiş etdirək.