"Qəbələ" Ruslan Qurbanovu itirdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Olimpsport.az xəbər verir ki, turnirdə ikinci sarı vərəqə alan Vurğun Hüseynovla Ruslan Qurbanov cavab qarşılaşmalarını buraxmalı olacaq.

 

Sonuncu “Qəbələ”nin AZAL-la ev oyununda (2:1) qələbə qolunu vursa da, xəbərdarlıqdan qaça bilməyib. 1/8 finalın “Zaqatala” ilə görüşündə də cəzalanan milliləşən rusiyalı “AZAL Arena”dakı görüşü buraxacaq.

 

Vurğun isə kapitanı olduğu “Sumqayıt”ın “Qarabağ”la səfər matçında (0:6) ikinci sarı vərəqəsini alıb. MOİK-lə 1/8 final duelində də eyni halla üzləşən müdafiəçi ağdamlılarla dekabrın 21-dəki oyunda iştirak edə bilməyəcək.