AFFA daha 2 futbolçunu “qara siyahı”ya saldı

AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının növbəti nəticələrini açıqlayıb. Olimpsport.az xəbər verir ki, UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatları araşdırmaqda davam edən AFFA və PFL müəyyən qərarlar çıxarıb.

 

Müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən daha iki futbolçu  araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Bunlar “Şahdağ”lı  (Qusar) Uce Cukunyere və “Energetik”ın (Mingəçevir) üzvü Ruslan Həmidovdu.

 

Noyabrın 22-də açıqlanan siyahıda yer alanlarla bağlı yeni qərara əsasən, cəza araşdırma başa çatana qədər qüvvəsində qalır.

 

Şahdağ (Qusar)

  1. İqrar Səmədov
  2. Rafael Kübərov (İnzibatçı)

Rəvan (Bakı)

  1. Elvin Əliyev
  2. Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

  1. Arzuman Vəliyev
  2. Tunar Şahtaxtinski 

Energetik (Mingəçevir)

  1. Elvin Əlizadə
  2. Kamran Lalayev

Hakim

Anar Niyazov

 

Digər 15 şəxsi təmizə çıxaran AFFA onlarla bağlı qərarı qüvvədən düşmüş hesab edib.

 

Şahdağ (Qusar)

  1. Kamran Ağakərimov
  2. Tofiq Şəfiyev
  3. Mahiddin Ağamov  
  4. Faik Ağakərimov

Rəvan (Bakı)

  1. Əkbər Əhmədov
  2. Fərid Ağayev
  3. Mirqasım Cabbarlı
  4. Omid Masumi
  5. Fərid Quliyev

Bakılı (Bakı)

  1. Bəhram Bəhramzadə
  2. Xəzər Qəribov

Göyəzən (Qazax)

  1. Orxan Əsgərov

Energetik (Mingəçevir)

  1. Orxan Əlibalayev

Şərurspor (Bakı)

  1. Mehdi Rəsulov
  2. Samir Musayev

 

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.