"Qarabağ" öz rekordunu yeniləyə bilər

Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokundakı qələbə seriyasını 9-a çatdırıb. Olimpsport.az xəbər verir ki, 1/4 finalın ilk oyununda “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri 2 ilə yaxındı bütün kubok görüşlərindən qalib ayrılır.

 

2014/15 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda “Simurq”la qolsuz heç-heçə edən “Qarabağ” o vaxtdan rəqiblərinə rəhm etmir. Həmin il finalda “Neftçi”ni 3:1 hesabı ilə yenən əyalət klubu ötən mövsüm daha 6 qələbəni sıralayıb. Cari mövsümdə “Sumqayıt”dan öncə “Səbail”i 5 qola qonaq edən ağdamlılar seriyasını 9-a çatdırıb.

 

Bununla da “Qarabağ” ölkə kuboku tarixində 2-ci göstəriciyə şərik olub. “Ağ-göylər”ədək “Neftçi” də eyni nailiyyətə imza atıb. “Ağ-qaralar” kimi 9 oyunluq  qələbə seriyasına imza atan Qurbanovun yetirmələri Sumqayıtdakı cavab matçında bu nəticəni də arxada qoya bilər.