“Kəpəz” – “Qəbələ” matçının yeri dəyişdirildi

Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qəbələ” matçının yeri dəyişdirilib. Olimpsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, məsələ ilə bağlı “Kəpəz” tərəfindən PFL-ə müraciət daxil olub. Klub Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və görüşün yerinin dəyişdirilməsini xahiş edib.

 

Həm bu amili, həm də “Qəbələ”nin razılıq məktubunu əsas götürən qurum isə qarşılaşmanın dekabrın 17-də Qəbələdə keçirilməsini qərara alıb. Bu isə o deməkdi ki, ilin son turundakı görüşün ev sahibi “Qəbələ”, üçüncü dövrədəki qarşılaşmanın meydan sahibi isə “Kəpəz” olacaq.