Azarkeşləri “Qəbələ” və “Neftçi”ni ziyana saldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

 

AZAL-la görüşdə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qəbələ” 1600 manat cərimələnib.

 

“Zirə” – “Neftçi” oyununun 30-cu dəqiqəsində qonaqların azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün “ağ-qaralar” 800 manat ziyana düşüb.