"Olimpsport" 28 may respublika gününə həsr olunmuş açıq birincilik keçirib

"Lokomotiv" İSM-in təlim - məşq bazasında 28 may respublika gününə həsr olunmuş azyaşlılar arasında güləş üzrə açıq birincilik keçirilib.

150- dən çox idmançının iştirak etdiyi yarış "Olimpsport" İK və "Olimpsport.az" saytının təşkilatçılığı, "Şollar" sularının və "İmişli broyler" MMC-nin dəstəyi ilə keçirilib. Gənclər və İdman Nazirliyinin baş mühəndisi, "Olimpsport"-un meneceri Rövşən Rüstəmovun da iştirak etdiyi yarışı giriş sözü ilə açan "Olimpsport.az" saytının rəhbəri, "Lokomotiv" İSM-in sərbəst güləş yığmasının baş məşqçisi, əməkdar məşqçi Ramin Allahverdiyev azyaşlı güləşçilərə uğurlar arzulayıb. Ramin müəllim qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd müstəqil Azərbaycan tarixini gənc nəsillərə ötürmək olsa da, digər səbəb gənclərin idmana olan marağ və həvəsini artırmaq, zərərli vərdişlərdən uzaqlaşdırmaq və güləş idman növünü inkişaf etdirməkdir. R. Allahverdiyev yarış zamanı gənc idmanşıların qidalanmasında göstərdikləri köməyə görə idmançılar adından "Şollar" sularının və "İmişli Broyler" MMC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Dövlət Himninin səslənməsi ilə yarışa start verilib.

Sonda, turnirdə qalib gələrək müvafiq yerlər tutan idmançılara diplom və medallar təqdim olunub.