"Neftçi"də ayrılıq

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Olimpsport.az xəbər verir ki, paytaxt klubu  makedoniyalı futbolçu Vançe Şıkov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Xatırladaq ki, mövsümün əvvəlində transfer edilmiş makedoniyalı müdafiəçi “Neftçi”nin heyətində 9 oyunda meydana çıxmışdı.